Husilər ABŞ-ın hərbi obyektlərini qanuni hədəf kimi müəyyənləşdiriblər

Yəmən husiləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər.

Polise.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının mətbuat xidməti rəhbərinin müavini Nəsrəddin Amer “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib.

“Amerikanın bölgədəki mövcudluğu qeyri-qanunidir, ona görə də biz ABŞ-ın hərbi obyektlərini qanuni hədəfimiz hesab edirik”, – deyə N.Amer bildirib.

O, həmçinin Yəmənə raket hücumunda iştirak edən ABŞ-ı və Böyük Britaniyanı tez cavab veriləcəyi ilə hədələyib. Nəsrəddin Amer deyib ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmilərinin mövcudluğu normal vəziyyət sayıla bilməz. Bu baxımdan husilər o gəmilərə hücum etməyi planlaşdırır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button