İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxlayıb
İsrail təhlükəsizlik qüvvələri yanvarın əvvəlində öldürülən radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Arurinin iki bacısını saxlayıb.
Polise.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Dalal və Fatimə əl-Aruri bazar günü səhər saatlarında İordan çayının qərb sahilində keçirilən reydlər zamanı evlərində saxlanılıblar.
Qeyd edək ki, 2017-ci ildən HƏMAS-ın siyasi büro rəhbərinin müavini vəzifəsində çalışmış və hərəkatın ikinci komandiri hesab edilən Əl-Aruri yanvarın 2-də İsrailin pilotsuz təyyarəsinin Livanın paytaxtı ətrafına hücumu nəticəsində öldürülüb.
Polise.az