Danimarkada yeni kral X Frederik taxta çıxıb
Yanvarın 14-də Danimarka taxtına yeni monarx Kral X Frederik oturub. Onun anası, 1972-ci ildən ölkəyə rəhbərlik edən 84 yaşlı II Marqret gözlənilmədən iki həftə əvvəl taxtdan imtina edib.
Polise.az-ın məlumatına görə, 2023-cü il dekabrın 31-də Danimarka kraliçası II Marqret xalqa ənənəvi Yeni il müraciəti edib. Çıxışının sonunda o, gözlənilmədən taxtdan imtina etmək niyyətində olduğunu söylədi. Marqretin dediyinə görə, o, müalicə olunarkən təqaüdə çıxmaq qərarına gəlib.
Danimarka kraliçasının oğlu Frederikin 55 yaşı var, o, bütün həyatı boyu Danimarka taxtına çıxmağa hazır olub.
Frederikin oğlu və avstraliyalı arvadı Meri Kristian da gələcəkdə Danimarka taxtına varis olacaq ki, bu da Avropada ən qədim monarxiya sülaləsinin mövcudluğunu davam etdirməyə zəmanət verir. Vəliəhd şahzadə Frederik və həyat yoldaşının dörd övladı var. Sorğulara görə, danimarkalıların 80 faizi monarxlarından razıdır.
Polise.az