Bu gün Davos İqtisadi Forumu işə başlayır
Bu gün Davos İqtisadi Forumunun 54-cü iclası rəsmən işə başlayır.
Polise.az xəbər verir ki, tədbir İsveçin Davos şəhərində keçirilir.
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Antoni Blinkenin Dünya İqtisadi Forumunda çıxış edəcəyi gözlənilir.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin də yanvarın 16-da forumda çıxışı gözlənilir.
Qeyd edək ki, yanvarın 14-də tədbirin açılış mərasimi keçirilib. Forum yanvarın 19-dək davam edəcək.
Xatırladaq ki, Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Polise.az