Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara 57 min manat ziyan vuran şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Polise.az -a verilən məlumata görə, Zəkəriyyə İsmayılov bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.
Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 57 min (əlli yeddi min) manat pulunu ələ keçirib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Zəkəriyyə İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib.
Polise.az