Azərbaycanda polis generalı vəfat edib
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev 69 yaşında vəfat edib.
O, bu gün Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb.
2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.
O, 2017-ci ilin yanvar ayında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
Polise.az