Yetər,müharibələr kifayətdir!
“Poıisə Dəstək”ictimai birliyinin növbəti yığıncağı keçirilib.
Yığıncağın müzakirə predmeti növbədənkənar prezident seçkiləri ilə bağlı olub.
Keçirilən tədbirdə çıxış edən təşkilatın sədri,birinci Qarabağ müharibəsinin veteran komandiri Şəmsəddin Əliyev ,ötən illər ərzində geniş miqyaslı dövlət proqramlarının icra olunmasına önəm verib.
Yığıncaqda müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər salınaraq qeyd olunub ki,Zəfər günündən başlayaraq ,qısa zaman kəsiyində miqyas baxımından çox geniş bir dövlət proqramı həyata keçirilib.Ərazilərin minalardan təmizlənməsi davam edir.Prezident İlham Əliyevin Azərbaycan tv-lərinə verdiyi əhatəli müsahibəsindən məlum olur ki, baş planın hazır olduğu-Şuşa Ağdam şəhərlərində,habelə Laçın,Füzili,Zəngilan bölgələrində bərpa quruculuq işləri davam edir.2024-cü ildə Xankəndi,Xocalı,Ağdərə,Kəlbəcərdə… memarlıq üslubu ilə seçilən yeni şəhərlərin lnşasına başlanılacaq.
Ermənistanla həmsərhəd olan bölgələrdə 700 km-ə yaxın yüksək standartlara cavab verən və strateji əhəmiyyət kəsb edən yol çəkilib.
Ərazilərdə məktəblərin,xəstəxanaların və məscidlərin təməli qoyulub.
Ötən illər ərzində mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü sayılan korrupsiyaya qarşı barışmaz mövqe nümayiş etdirilib.Sözlə əməl arasında vəhdət pozularsa və içilən “Sədaqət”andı ilə vəzifə funksiyaları bir araya sığmazsa qətiyyətli mövqe 2024-cü ildə də ,davam etdiriləcək.
Yığıncaqda 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinin səbəblərinə də aydınlıq gətirilib.
Dövlət Başçısının dediyi kimi,süverenliyimizin bərpası,seçkilərin mövcud bir dövrə yekun vurması-sentyabr ayından başlayaraq epoxal bir hadisə kimi yeni dövrün başlanğıcını qoydu.Qürur hissi ilə vurğulamaq olar ki,ölkəmizin çoxəsrlik səlnaməsində buna bənzər bir Zəfər günü olmamışdır.Ona görə də ,bu Zəfər,xalqımızın və dövlətimizin ən parlaq siyasi,hərbi və tarixi qələbəsi kimi dəyərləndirilməlidir.
Bu baxımdan ,7 fevralda keçiriləcək prezident seçkiləri yeni bir dövrün təcəllası və başlanğıcıdır.
İlk dəfə,müstəqil ,hüquqi və demokratik dövlətimizin bütün ərazilərində prezident seçkilərinin keçirilməsi qürurvericidir.Ali Baş Komandan İlham Əliyevin prezident kimi fəaliyyətinin 20 ili ərzində qarşıya qoyulan “Dövlətin ali məqsədi”nin təmin edilməsi dünyaya görk olacaq uğurla davam edir.
Xalqın Milli ideoloğiyasının başlıca məqsədi də,”Dövlətin ali məqsədi “ilə vəhdət təşkil etdiyindən əraziləmizin işğaldan azad olunması müqəddəs bir vəzifəyə çevrilib.Azərbaycan dövlətinin təməlini təşkil edən xalqın vahidliyi-birliyi nəticəsində düşmən diz çöküb,təslim oldu.Əsgər və zabitlərimizin
qətiyyəti,Ali Baş Komandan ətrafında sıx birləşməsi,döyüş məharəti,hərbi taktika və manevrlərdən çevik və bacarıqla istifadə,ən nəhayət, “Vətənə sədaqət” və “Vətəni müdafiə”kimi Konstitusion vəzifələrin icrasına fədakarcasına başlama bizə Zəfər müjdəsini yaşatdı.
Şəhidlər unudulmaz!
Bu baxımdan ,7 fevral prezident seçkilərindən sonra yeni dövrün hədəflərinə döğru Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən İlham Əliyevlə birgə getmək tarixin və zamanın diktəsi olaraq zərurətə çevrilir.
Ötən ilin son aylarında lokal Antiterror əməliyyatlarından sonra da ,çox məsələlərə aydınlıq gətirildi.Qarşıda birlikdə görüləcək hələ çox işlər var.
Azərbaycan xalqı əmindir ki,ərazilərimizdə bir daha müharibə ocağının közərilməsinə imkan verilməyəcək!Ali Baş Komandanın dediyi kimi,”əlimdən gələni edəcəyəm ki,müharibə olmasın.Yetər , müharibələr kifayətdir.”
Qeyd olunanlara xüsusi önəm verməklə,
“Polisə Dəstək” ictimai birliyi 2024-cü ilin 7-si fevralında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir.
Yeni dövrə də,İlham Əliyevlə başlayaq!
Təşkilatın sədri,
Şəmsəddin Əliyev
16 yanvar 2024-cü il