MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.
Polise.az -ın məlumatına görə, o deyib ki, seçkilərdə düzgün müşahidəçilik beynəlxalq müşahidəçilərin əsas missiyasıdır.
“Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər”, – MSK sədri vurğulayıb.
Polise.az