
Böyük Britaniyanın ardınca Fransa da Ukrayna ilə təhlükəsizlik zəmanətinə dair saziş imzalamaq fikrindədir.
Polise.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində işi yaxın həftələrdə başa çatdıracaq: “Biz qarşıdakı həftələrdə imzalanacaq zəmanətlərdən ibarət ikitərəfli sazişi yekunlaşdırırıq”.
O, həmçinin Kiyevə 40-a yaxın “Scalp” raketi və bir neçə yüz bombanın yeni tədarükünün həyata keçiriləcəyini açıqlayıb.
Makronun sözlərinə görə, Fransa hərbi istehsalı artırmaq üçün hərbi iqtisadiyyata keçib ki, bu da ukraynalıları “Sezar” haubitsaları ilə təmin etməyə imkan verəcək: “Mən özüm fevralda Ukraynaya gedəcəyəm, orada bu mətn üzərində işin başa çatdığını elan edəcəyəm və bu silahların tədarükü artıq başlayacaq”.
Polise.az



