Pakistan müvəqqəti hökumətinin rəhbəri İranla gərginliyə görə Davosu tərk edib
Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub və İslamabada qayıdır.
Polise.az xəbər verir ki, bu barədə “The News International” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, yanvarın 16-da İran Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək “Ceyş əl-Zolm” terror qruplaşmasının Pakistandakı ərazisinə hücum etdiyi üçün Baş nazir təcili olaraq vətəninə qayıtmaq qərarına gəlib.
“Tasnim” agentliyinin məlumatına görə, əməliyyatda PUA və raketlərdən istifadə edilib. Pakistan Xarici İşlər Nazirliyi bunu ciddi nəticələrə səbəb ola biləcək hava məkanının pozulması adlandırıb.
Polise.az