Ərdoğan: “Türkiyə regionda sülhün təmin olunması üçün çalışır”

Türkiyə regionda sülhün təmin olunması üçün çalışır.

Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalovada keçirilən “Mavi Vətənə Güc: Yeni Dəniz Platformalarının təslim edilməsi mərasimi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara bunun üçün bütün səylərini ortaya qoyur.

R. T. Ərdoğan söyləyib ki, vaxtı ilə Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçiliyini qınayanlar bu gün peşmanlıq çəkirlər.

Türkiyə liderinin sözlərinə görə, demokratiyadan, insan haqlarından danışanlar dünyada baş verən zülmlərə göz yumur: “Dünyada təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan beynəlxalq qurumlar sinifdə qalıb”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button