DİN: Ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə  Polise.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Narkotiklərlə əlaqədar 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button