Cinayət törətmiş 14 nəfər ötən il ölkəmizə ekstradisiya olunub

Ölkəmizdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, şəxsi mülkiyyətin qorunması üzrə önəmli tədbirlər görülür. Təkcə 2023-cü il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.

Bu barədə  Polise.az -a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Ədliyyə Nazirliyi tərəfindən müxtəlif ölkələrlə ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) sahəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir, eyni zamanda müvafiq müqavilə olmadığı təqdirdə qarşılıqlıq prinsipinə əsasən tədbirlər görülür.

Həmçinin paytaxtda və bölgələrdə beynəlxalq standartlara uyğun yeni penitensiar komplekslər inşa olunur. Ən yenisi isə yanvarın 16-da Lənkəranda istifadəyə verilib və dövlət başçısı penitensiar kompleksdə yaradılmış müasir şəraitlə tanış olub. Məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, onların saxlanma şəraitinin müasirləşdirilməsinə xidmət edən bu tədbirlərin nəticəsidir ki, ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edilir və bununla cəzanın labüdlüyü prinsipi təmin edilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button