Azərbaycanın Rumıniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsini bu ölkənin Prezidenti Klaus Verner İohannisə təqdim edib.

 Polise.az xəbər verir ki, Prezident iqamətgahında – Kotroçeni sarayında keçirilən görüşdə Prezident Klaus Verner İohannis ölkələrimiz arasında yüksək səviyyəli təmaslarda əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.

Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan siyasi, iqtisadi, xüsusilə enerji, nəqliyyat, ticarət, təhsil sahələrində və sərmayələrlə bağlı dialoqun gücləndirilməsini təşviq edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button