Baş katib: “NATO ilə Rusiya arasında müharibənin qarşısını almağa çalışırıq”

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki qərargahında keçirdiyi brifinqdə Rusiya ilə müharibənin qarşısını almağa çalışdıqlarını bildirib.

Polise.az  xarici KİV-ə istinadən xəbər verir ki, o, NATO-nun bunun üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.

Y.Stoltenberq söyləyib ki, NATO-nun Rusiya ilə sərhədlər yaxınlığında mövcudluğunu gücləndirməsi ehtimal olunan hərbi münaqişənin qarşısını almaq üçündür.

Baş katib deyib ki, təxminən 2 il əvvəl, 2022-ci ilin fevralında Ukraynada müharibənin başlamasından sonra NATO-nun iki vəzifəsi olub: “Bunlardan birincisi, Ukraynanı dəstəkləmək, digəri isə Rusiya ilə NATO arasında genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləmişdi ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər.

Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button