Stoltenberq Türkiyə parlamentinin İsveçlə bağlı qərarına münasibət bildirib
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya daxil olması ilə bağlı verdiyi qərara münasibət bildirib.
Polise.az-ın məlumatına görə, Stoltenberq Türkiyə parlamentinin qərarını alqışlayıb.
“Mən Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün səs verməsini alqışlayıram”, – deyə o qeyd.
Xatırladaq ki, Türkiyə parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib. Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
Polise.az