DİN: Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 müxtəlif markalı tüfəng, 7 patron darağı və 2068 müxtəlif çaplı patronu təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 6 müxtəlif markalı tüfəng, 3 patron darağı və 22 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Polise.az