Haqqımızda
Polise.az- müstəqil, informasiya analitik və monitorinq portalı “Polisə Dəstək” İctimai Birliyinin xəbər saytı kimi 2020-ci ilin fevral ayında hüquqşünas-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” media mükafatı laureatı Şəmsəddin Əliyev tərəfindən təsis edilmişdir.
“Polise-az xəbər portalının yaradılmasında məqsəd hüquqi dövlətin inkişafında və vətəndaş cəmiyyətinin formalaşdırılmasında fəal iştirak etmək, cinayətkarlıqla mübarizədə ölkənin polis orqanlarına ictimaiyyətin dəstəyini təmin etmək sahəsində maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir. Bu missiyada vətəndaş təşəbbüslərinə, təklif və məlumatlara qayğı ilə yanaşmaq, cinayətkarlığı doğuran səbəb və şəraitin zərərsizləşdirilməsinə istiqamətlənən sosial layihələrin realizə olunmasında dövlət orqanları və təşkilatlarla əməkdaşlığı qurmaq polis-cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə imkan verəcək.
İnternet-portal polise.az ölkədə əhəmiyyət kəsb edən cari xəbərləri – siyasi, iqtisadi sahədə əldə edilən təhlilli məlumatları oxuculara çatdıracaq, cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından müsahibələr dərc edəcək, şərhlər alacaq, aktual mövzuları əhatə edən informasiyalar yaymaqla dünyada baş verənlər barədə ekspert rəylərilə oxucuları məlumatlandıracaqdır. Saytımızda “isti” xəbər və yeniliklərlə də tanış olmaq mümükündür.
Saytımızda hüquq sahələrinə dair məsələhətlər almaq və reklamlar yerləşdirmək olar.
Müstəqil Azərbaycan Respublikasının 100 illik tarixində ilk dəfədir ki, polisin adı ilə bağlı media xəbər saytının fəaliyyət göstərəcəyinin şahidi oluruq.
Sayt cinayətkarlıqla mübarizəyə dair ictimai, siyasi, iqtisadi və sosial faktorlar barədə akademik məlumatlara üstünlük verəcək.
Sonda: Ölkənin iqtisadi inkişafı xoş təəssürat yaradır, insanların rifah halı yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Bununla yanaşı dinamikada vəzifəli şəxslərin etibardan və göstərilən etimaddan sui-istifadələri, şəxsiyyət və ictimai mənəviyyat, vətəndaşların həyat və sağlamlıqları əleyhinə olan cinayətlərin qeydə alınması hər birimizi məyus edir. Amma, bu da, cəmiyyətin inkişafı və dəyişikliyi ilə bağlıdır.
Beləliklə, bizi izləyin.
Şəmsəddin Əliyev