Azərbaycanın 8 Noyabr – Zəfər Günü Misir mətbuatında işıqlandırıldı

Misirin “Minbər əl-Təhrir” informasiya portalında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərə həsr olunan “Zəfər Günü – müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı” adlı məqalə dərc edilib.

Bu barədə   Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məqalənin müəllifi Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, misirli jurnalist Əhməd Abdoh Tarabik 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsini 44 günlük Vətən müharibəsinin həlledici hadisəsi və Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Yazıda Şuşanın Azərbaycanın tarixi, ədəbi və mədəni həyatındakı xüsusi yeri, şəhərin strateji əhəmiyyəti, Vətən müharibəsinin gedişi və əldə olunan tarixi qələbənin siyasi nəticələri barədə ətraflı məlumat verilib.

Həmçinin Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” Proqramı”, müasir infrastruktur layihələri və Qarabağın dayanıqlı inkişafına yönələn tədbirlərdən də bəhs olunub.

Bununla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyi, Yaxın Şərq, Afrika və Asiya ölkələri ilə əməkdaşlığının genişləndiyi, ölkənin enerji və nəqliyyat sahələrində regional əhəmiyyətinin artdığı vurğulanıb.

Müəllifin fikrincə, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyini, dövlət suverenliyini və tarixi yaddaşını təcəssüm etdirən əlamətdar tarix olmaqla yanaşı, ölkənin gələcək inkişafına yol açan mühüm dönüş nöqtəsidir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxuya bilərsiniz:

https://menbareltahrir.com/يوم-النصر-بداية-مرحلة-جديدة-في-تاريخ-أذربيجان-الحديث-بقلم-أحمد-عبده-طرابيك

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button