Ukrayna kəşfiyyatı: “Qəzaya uğrayan təyyarədə əsirlərin olmasına dair etibarlı mənbə yoxdur”
Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində 65 ukraynalı əsirin olmasına dair etibarlı mənbə yoxdur.
Polie.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı çoxlu sual var: “Sözügedən təyyarənin göyərtəsində kimin ola biləcəyi barədə etibarlı və hərtərəfli məlumat yoxdur. Biz bütün mövcud məlumatları toplayırıq və diqqətlə təhlil edirik. Həmin təyyarədə bu qədər insanın ola biləcəyini göstərən heç bir məlumat yoxdur”.
Xatırladaq ki, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsi vurulub. Nəticədə göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış.
Həm rəsmi Moskva, həm də Kiyev hadisə ilə beynəlxalq araşdırılmanın başlanmasını tələb edir.
Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin birinci müavini Sergey Andruşşenko daha əvvəl bildirib ki, Rusiya qəzanın əsl səbəblərini dünya ictimaiyyətindən gizlətməyə çalışırlar.
Polise.az