DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button