Stoltenberq müəyyən mərhələdə Ukraynanı NATO-ya dəvət etmək istəyir

NATO-nun baş katibi Yens Stoltenberq müəyyən mərhələdə Ukraynanı təşkilatın tamhüquqlu üzvü olmağa dəvət etmək istədiyini bildirib.

Bu barədə  Polise.az “Fox News”a istinadən xəbər verir.

Ukraynanın alyansa üzvlüyü irəliləyəcəyi təqdirdə Rusiya və NATO arasında mümkün qarşıdurma ilə bağlı sualı cavablandıran Stoltenberq alyans və ABŞ-ın Ukraynaya dəstək verməsini “yaxşı hal” adlandırıb. Baş katib xatırladıb ki, NATO əvvəlcə müharibələrin qarşısını almaq üçün yaradılıb.

“Mən əslən Rusiya ilə həmsərhəd olan Norveçdənəm. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırmışdı. Bu, təxribat deyildi, bu, hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Norveçin bu hüququ var, İsveç və Finlandiyanın, eləcə də Ukraynanın”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button