Yunanıstanın baş naziri Türkiyəyə səfər etməyi planlaşdırır

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu ilin may ayında Türkiyəyə səfər etməyi planlaşdırır.

Polise.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

Baş nazirin sözlərinə görə, ikitərəfli münasibətlərdə müsbət ab-hava yaranıb: “Yunanıstan-Türkiyə münasibətləri normallaşma yolundadır və biz bu nailiyyətləri qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ilin dekabrında Afinaya rəsmi səfər etmişdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button