Qubada avtomat satmaq istəyən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Şəmkir rayonunda qeydiyyatda olan, amma Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  Polise.az-a verilən məlumata görə, həmin şəxsin üzərindən satmaq məqsədi ilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button