Azərbaycan və Türkiyənin Belarusdakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Türkiyənin Belarusdakı səfirləri Məhərrəm Əliyevlə Cem İşık müttəfiqlik münasibətləri və səfirliklər arasında sıx əməkdaşlığı müzakirə ediblər.

Polise.az  xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyənin Belarusa yeni təyin olunmuş səfiri Cem İşık Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi ziyarət edib: “Görüşdə Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən qardaşlıq və müttəfiqlik münasibətləri, həmçinin səfirliklər arasında sıx əməkdaşlıq müzakirə olunub”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button