Ceyhun Bayramov: TÜRKPA Türk dövlətləri arasında əlaqələrin parlamentlər səviyyəsində inkişafı baxımından vacib platformadır

Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri Osman Mesten və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  Polise.az -a bildiriblər ki, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə növbədənkənar prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov TÜRKPA-nın Türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlər səviyyəsində inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir suverenliyimizin bərpasından sonra ilk dəfə bütün ərazilərimizdə keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis olunduğu diqqətə çatdırılıb.

Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu diqqətə çatdırıb. Bu seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button