İsmayıllı sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Polise.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Polise.az