Baş katib: NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq
Bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra kimin Ağ Evdə olmasından asılı olmayaraq, ABŞ NATO-nun sadiq müttəfiqi olaraq qalacaq.
Polise.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq “Sky News”a müsahibəsində deyib.
“NATO-nun Konqresdə əhəmiyyətli ikitərəfli dəstəyi var. İttifaqın güclü qalması Birləşmiş Ştatların marağındadır. ABŞ Çindən getdikcə daha çox narahat olur, bu səbəbdən onun tərəfində 30 müttəfiqin olması daha vacibdir”, – baş katib bildirib.
Stoltenberq ABŞ-nin keçmiş prezidenti Donald Trampın tənqidinin ona yönəlmədiyini vurğulayıb.
Polise.az