Siyavuş Novruzov: Ödənişli yollarda özbaşınalıq edənlərə 15 gün küçə süpürtmək lazımdır
Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda yolların avtobus, velosiped üçün də ayrılmasının idarəetmə problemləri yaratdığını bildirib.
Polise.az-ın məlumatına görə, o, bu barədə parlamentin fevralın 16-da keçirilən plenar iclasında danışıb.
S.Novruzov qeyd edib ki, avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərinin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır: “Tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər barədə düşünürlər. Gələcəkdə görəcəyik ki, başqa ölkələrdə səmada uçan taksilər var. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.
Deputat ödənişli yollarda özbaşınalıq edənlərin də cəzalandılmasını tələb edib.
“Ödənişli yollarda özbaşınalıq edənlərə, heç olmasa, 15 gün küçə süpürtdürmək lazımdır. Biri 200-lə sürərək özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, – S.Novruzov deyib.
Polise.az