London Navalnının ölümü ilə bağlı fərdi sanksiyaları nəzərdən keçirəcək

London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək

Polise.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sky News” telekanalının efirində deyib.

“Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”, – Kemeron Münhen təhlükəsizlik konfransında deyib.

Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button