Məhəmməd Rza Məcidi: Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası uğur qazanacaq

 Baş katib: Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası uğur qazanacaq.

 

Polise.az  xəbər verir ki, bunu Assambleyanın Baş katibi Məhəmməd Rza Məcidi Bakıda Asiya Parlament   Assambleyasının 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.

“Əminəm ki, Azərbaycanın müdrik və dinamik sədrliyi ilə APA qarşıdakı iki ildə inkişaf edəcək və uğurlar qazanacaq. Azərbaycanın sədrliyini dəstəkləməklə bağlı sarsılmaz öhdəliyimizi bildirmək istərdim”, – o bildirib.

Baş katib həmçinin təşkilatın missiyasına mühüm töhfə verən öhdəliklərin uğurla yerinə yetirilməsinə görə təşkilatın əvvəlki sədri Türkiyəyə təşəkkür edib.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının iclası Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button