Azərbaycanla Qazaxıstan arasında məşğulluq sahəsində Fəaliyyət Planı imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında Fəaliyyət Planı imzalanıb.

Məşğulluq Agentliyindən  Polise.az-a verilən məlumata görə, Fəaliyyət Planını Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov imzalayıblar.

Bildirilib ki, qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan və 2024-cü ili əhatə edən Plan əmək münasibətlərinin rəqəmsallaşdırılması, peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button