Rəcəb Tayyib Ərdoğan: Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi

Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ uzun illər işğal altında qaldı. Xocalı başda olmaqla, bu bölgələrdə çoxlu qırğınlar törədildi. Lakin dünya buna qarşı bir tədbir görmədi.

Polise.az  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən tədbirdə bildirib.

Region ölkələrinin gücünün birlikdən qaynaqlandığını qeyd edən Prezident Ərdoğan deyib: “Türkiyə və türk milləti olaraq bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, görəcəyimiz işlər bəllidir. Bizim quruda, dənizdə və havada güclü müdafiə sənayemiz və güclü ordumuz olmalıdır. Digər ölkələr üçün bunlar seçim ola bilər, amma bizim üçün bu, bir öhdəlikdir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button