Rusiyalı politoloq: Ermənistanın KTMT ilə əlaqələrini kəsməsi Parislə razılaşdırılıb

Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini pozmağa yönəlmiş hərəkətləri Fransa prezidenti Emmanuel Makronla razılaşdırılıb.

Polise.az  xəbər verir ki, bu fikirləri Anadolu agentliyinə müsahibəsində Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Paşinyan Parisə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla danışıqlar əsnasında Ermənistanın KTMT-dən çıxması məsələsini bağlı qapılar arxasında müzakirə edib. Onun indi atdığı hər bir addım Makronla razılaşdırılmış fəaliyyət planının tərkib hissəsidir”, – deyə Korotçenko bildirib.

Politoloqun sözlərinə görə, İrəvan bir sıra Qərb ölkələri ilə əməkdaşlığa arxalanır, xüsusən də Fransa onun aparıcı tərəfdaşlarından biri olacaq.

“Paşinyan heç bir qəfil addım atmaq istəmir, lakin Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını, o cümlədən silah-sursatın alınmasını tədricən və davamlı şəkildə artıracağı tamamilə aydındır”.

Bundan başqa, agentliyin həmsöhbəti əlavə edib ki, Paşinyanın Parisə səfəri zamanı Fransa kəşfiyyatı ilə erməni kəşfiyyatı arasında əvvəlcədən razılaşdırılmış məsələlər siyahısı üzrə dörd ölkə barəsində məlumat mübadiləsinə dair razılıq əldə olunub. Onun sözlərinə görə, söhbət Azərbaycan, Türkiyə, İran və Rusiyadan gedir.

Korotçenko qeyd edib ki, Paris İrəvana Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyətə dair məlumatları ehtiva edən peyk informasiyaları da ötürəcək.

Politoloq bildirib: “İndi Paşinyanı KTMT və Rusiya ilə bağlı yekun qərar qəbul etməkdən saxlayan yeganə amil iqtisadiyyatdır; Ermənistan Rusiyanın bir sıra ciddi güzəştlərindən istifadə edir və bunun əksi baş verərsə, onun iqtisadiyyatı çökəcək”.

Korotçenko Paşinyanın Azərbaycanın “təcavüzü” ilə bağlı fikirlərini “sırf siyasət” adlandırıb. O deyib: “Azərbaycan istədiyi bütün məsələləri, o cümlədən yüklərin Naxçıvana tranzitini İranla müvafiq saziş imzalamaqla həll edib”.

Rusiyalı politoloq qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ittihamlarını Fransanın təhriki ilə səsləndirir. “Onların məqsədi Azərbaycanı mənfi kontekstdə qələmə vermək, onu bir sıra Aİ ölkələrinin iqtisadi sanksiyalarına məruz qoymaq, ilk növbədə Fransanın özünə bunun üçün bəhanə verməkdir”, – deyə İqor Korotçenko sonda bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button