İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb

Baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Polise.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda 3, Qəbələdə isə son 2 ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Polise.az



