Tramp bu ştatlarda liderdir

ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkənin on bir ştatında Respublikaçılar Partiyasının praymerizinə rəhbərlik edir.

Polise.az  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İlkin nəticələrə görə, Tramp Alabamada (83,7%) ən çox səs toplayıb.

Sonrakı yerləri keçmiş Amerika liderinin 77,6% səs topladığı Tennessi və Oklahoma (81,8%) ştatları tutur.

Tramp həmçinin Texas (77%), Şimali Karolina (74,8%), Arkanzas (73,2%), Men (71,7%), Minnesota (68,9%), Massaçusets (63,4%), Virciniya (63,3%) və Kolorado (62,8%) ştatlarında keçirilən partiyadaxili seçkilərdə (praymeriz) də inamla qalib gəlir.

Xatırladaq ki, martın 5-də ABŞ-da prezident seçkiləri yarışının əsas hadisəsi olan “Super çərşənbə axşamı” baş tutub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button