Ursula fon der Lyayen COP29-a dəvət edilib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, – V. Sadıqov qeyd edib.
Polise.az