Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  Polise.az-a verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button