Azərbaycan və Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.
Polise.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev şəxsi “X” hesabında paylaşım edib.
Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşdüyünü bildirən nazir qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərini müzakirə olunub.
Polise.az