Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş keçirib.

ANAMA-dan  Polise.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Edvard Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istiqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button