Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb.

Polise.az-ın məlumatına görə, “Küləyə qalib gəl” şüarı ilə 7-ci dəfədir təşkil edilən tədbirdə 18 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıblar.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button