Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button