ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin KİV-ə bəyanatında bildirilir. Bəyanata əsasən, 400 milyon dollarlıq paketə raket sistemləri üçün əlavə müdafiə sursatları, zenit raketləri, qərb raketləri və radarlarını Ukrayna sistemləri ilə birləşdirmək üçün avadanlıqlar, artilleriya sistemləri, mərmilər, zireh əleyhinə sistemlər, piyada döyüş vasitələri və digər silah və avadanlıqlar daxildir. Bildirilib ki, ABŞ Ukraynanın yanında durmağa davam edəcək.
Polise.az



