Muxtar Babayev: COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir təşəbbüsün üzərində düşünmək çox önəmlidir

Mayın 11-də Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev İslamabadda Parlament Xidmətləri (PIPS) İnstitutunda keçirilən tədbirdə “COP29 üçün iqlim konsensusu; Bakıya yol” adlı məruzə ilə çıxış edib.

 Poloise.az  xəbər verir ki, nazir diqqəti dünyanın qarşılaşdığı iqlim dəyişikliyi mövzusuna çəkərək Bakıda keçiriləcək COP29 barədə danışıb.

O bildirib ki, COP29 komandası ümumi razılığa gəlmək üçün bütün tərəfdaşları noyabr ayında bir araya toplayacaq. Dünyada bir çox ölkənin iqlim dəyişikliyinin fəsadlarına qarşı həssas olduğunu söyləyən nazir vurğulayıb ki, Azərbaycan bu mötəbər tədbirdən ən yaxşı nəticələri əldə edəcəyinə ümid edir: “Biz İslamabadda cəmiyyət nümayəndələri ilə görüşdük. COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir fikrin, təşəbbüsün üzərində düşünmək çox önəmlidir”.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə Koordinatoru Romina Xurşid Alam və Dayanıqlı İnkişaf Siyasəti İnstitutunun (SDPİ) icraçı direktoru Abid Qaiyum Suleri çıxış edib.

Bundan əlavə, tədbirdə iqlim mütəxəssisləri, elm adamları, diplomatlar və digər şəxslər iştirak ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button