Rusiya XİN: Aİ missiyası bizə, Azərbaycana qarşı daha çox işlər görür

Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşularına – Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.

Polise.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində deyib.

O, qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin “təhlükəsizlik və rifah mənbəyi” kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur.

“Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”.

Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.

Yüksək vəzifəli diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır. “2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin Baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur”, – o bildirib.

Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button