Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib

Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Polis.az  xəbər verir ki, bu barədə o, “X” səhifəsindəki paylaşımında bildirib.

“2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır”, – paylaşımda deyilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button