Hikmət Hacıyev: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.
Polise,az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib”, – Prezident köməkçisi qeyd edib.
Polise.az