Ağadadaş Ağayevə cinayət işi AÇILDI
Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Musavat.com-un xəbərinə əsasən, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri – N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Polise.az