Bulanıq diplomatiya kimə sərf edir?

                                                               Bulanıq diplomatiya kimə sərf edir?                      

                                                                                “Məqsəd ümumi rifaha  hesablanmayanda xaos baş verir .

                                                                                 Alov parlaqlığını, güc isə qüdrətini itirir

                                                                                 Teodor Drayzer-Amerika yazıçısı.

 

Yaşadığımız fani dünyanın tük ürpədici,ədalətsiz ,bəzən də, heyrətedici səhifələrini varaqlayanda nəfəs boğazda qəbz olur. Burada hegemon dövlətlərin üzv olduğu BMT-nin  günahı daha çoxdur . Acgöz və tamahkar,şər xislətli insanların məskunlaşdığı  yer üzü çox hökmdarlar və müharibələr görüb.Nə qədər qadin dul,nə qədər uşaq hər iki valideynlərini itirərək yetim qalıb.Amma övladlarını itirən ata-anaların “adı” yoxdur.Onları anmaq və daxili iztirablarını duymaq üçün mütləqdir ki,övlad itirəsənş(?) Dərdlərinə şərik olmaq da,səmimilikdən uzaqdır,-desəm məni qınamayın!

Kolonial, milli, regional və  dini müharibələrin,miqrant axınının,qaçqın və məcburi köçkünlük hallarının planlı  və məqsədli şəkildə davam etməsi  riyakar siyasi liderlərin utanc gıtirən uğursuz diplomatiyasının heç vaxt unudulmayacaq nəticəsidir. Bu mənzərə hər gün yeni forma və məzmunda dəyişir.

 Haşiyə çıxıram:1973-cü ildə ABŞ-ın xeyir duası ilə Çilidə başlanan terror ərəfəsində alman kansleri Villi Brandt vəzifəsi ilə bağlı BMT-də bir nitq  söyləmişdi. O,dünyada artan yoxsulluqdan və səfalətdən danışmışdı. “Aclıq-bu da, bir müharibədir!”-fikri  o qədər inandırcı səslənmişdi ki, hamı ayaq üstə Villini alqışlamışdı. Zaman gələcək aclıq Villilərin qəsrlərinə də, yol tapacaq, qaçqınlıq onları da, yaxalayacaq!

Ötəri keçmişin qanlı səhifələrindən müasir dövrümüzə qədər vandalizmə xas dağıntılar, kütləvi qırğınlar, xarabalıqlara çevrilmiş ölkələr – (Azərbaycanın işğaldan azad olunmuş və artıq Böyük Qayıdış Proqpamının birinci mərhələsinin 2026-cı ilin sonuna qədər 140 min vətəndaşın öz ata-baba yurdlarına qayıdışı baş tutacaq)İraq, Fələstin,  Qəzza, Livan, Suriya və.s.. Allahın ümidinə qalıb. Bütün baş verənlər iri dövlətlərin bulanıq diplomatiyasının ,eybəcər,ədalətsiz  xarici siyasətinin əyani sübutudur.Hələ çox başlar ağrıyacaq.Belə çıxır ki,bəşəriyyətə sakitlik nəsib olmayacaq.

Dünyanı zorla amerika(lı)laşdırmaq və ya qərb(li)ləşdirmək istəyirlər. Kübarlıq itib.Beynəlxalq hüququn əsas prinsiplərindən sayılan İnsan hüquq və azadlıqlarının müdafiəsi,habelə dövlətlərin ali məqsədinə çevrilən bəşəri dəyərlərin təmin edilməsi  kağız üzərində qalıb.Hadisələrin bu sayaq gedişi Allahsızlaşmış dövlətlərin böyük və bağışlanılmaz səhvləridir. Artıq Beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri işləmir, hadisələr məcrasından və nəzarətdən çıxıb. Güclü dövlətlər tərəfdar çıxdığımız normaları tez-tez, maraqlarına uyğun ,avropa və qərb məmurlarının hər gün dəyişdikləri köynəkləri kimi dəyişir.Dünyada baş verən ədalətsizliklərin və haqsızlığların şahidi olduqca ədaləti və haqqı əlimizə fənər alıb axtarmalı olacağıq.

Son 500   ilin ən mühüm və taleyüklü hadisəsi 16 iyul 1945-ci ildə, sübh çağı, saat 5:29-da baş vermişdi. Həmin an Amerika alimləri ilk atom bombasını Nyu-Mexico ştatının Alamoqozdo şəhərində sınaqdan keçirmişdi…

 O gündən başlayaraq bəşəriyyət sadəcə tarixin təkərlərini  dəyişib balanslaşdırmaq əvəzinə, ona son qoya biləcək imkanına sahib oldu. Bu, elmi inqilab adlandırılsa da , əslində “nə üçün” və “nəyə lazım idi”- suallarına cavab tapılmadı. Dünyaya meydan oxumaq, kiçik dövlətlər üzərində ağalıq istəyi hayasızcasına davam edir. Belə “inqilablara” çox sərmayə qoyulur.Əhalinin boğazından kəsib kütləvi qırğın silahlarına üstünlük vermək bəşəriyyəti açıq-aşkar təhdid etməkdir.

Məlumatlara görə ABŞ höküməti ötən 15 il ərzində nüvə istehsalının öyrənilməsinə dair milyonlarla dollar vəsait qoyub. Elmi təqdiqatlar nəticəsində ərsəyə gələn kəşflər atom elektrik stansiyalarını inşa etməyə , Amerika sənayesinin ucuz  enearji ilə təchizatına imkan yarandı. İnşa edilən bu stansiyalar ABŞ hökümətinə vergi ödəyir və əldə edilən gəlirin-verginin müəyyən hissəsi yenidən nüvə sahəsində təqdiqata yönəldilir.

Nobel mükafatına layiq görülmüş ilk Amerika yazıçısı Luis Sinkler Nobel  nitqində vətəndaşı olduğu ölkəsini tənqid etməkdən çəkinməyib. “Amerika dünyanın ən  ziddiyyətli  ən dözülməz və ən həyacanverici ölkəsidir”- demişdi.

Araşdırmaçı Yuval Noah Harari atası Şlomo Harariyanin əziz xatirəsinə həsr etdiyi “Bəşəriyyətin qısa tarixi” kitabında (səh.15) bəşəriyyət tarixinin üç mühüm inqilabı barədə yazır: Təxminən 70 min il əvvəl başlayan “Təfəkkür”  inqilabı, on iki min il əvvəl yaranan “Aqrar” inqilabı,  və  500 min il əvvəl başlayan  “Elmi” inqilab ətrafında oxucularına bilgi çatdırır .

Təfəkkür inqilabından sonra  kainat anlanılmağa başlanılıb. Müasir elm “İqnoramus”-latınca “bilmirik” mənasını verən nəsihətinə əsaslanıb . Ən başlıcası isə bu vaxta qədər qazandığımız  biliyin müəyyən müddətdən sonra topladığımız məlumatlar sayəsində səhv çıxa biləcəyini də qəbul edir, heç bir fikir və ya nəzəriyyənin tənqiddən azad olmadığının qənaətinə gəlirik.

1776-cı ildə qəbul edilən Amerika “istiqlaliyyət Bəyannaməsi”nin ən məşhur hissəsinə diqqət edək:   “Biz ,bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edib, bunlara “yaşamaq istəyi”, “azadlıq”, “xoşbəxtliyə canatma hüququ” da ,daxildir”

Biologiya elminə istinadən yanaşsaq insanlar yaradılmayıb, təkamül edib. Təbii ki, təkamül “bərabərlik”in ortaya çıxmasına təsir edə bilməz. Bərabərlik ideyası yaradılış ideyası ilə bağlıdır. Doğulan andan insan fundamental və üniversal mülki-siyasi hüquqlara da, malik olur. Həmin vaxlarda köləliyə qarşı çıxan Amerika dövlət və siyasi xadimlərinin əksəriyyəti məhz qul əməyindən istifadə və qulun istismarı nəticəsində kapitalistə çevrilmişdilər. (Amma köləliyin ləğvinə səs verirdilər.)Deməli pulu çox olanın hakimiyyəti də, güclü olur. İndi müharibəyə üstünlük verən dövlətlər “güclülərdir”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bütün dünyanı İsrailə qarşı CAR-nın BMT-nin beynəlxalq məhkəməsinə göndərdiyi şikayətinə dəstək verməyə çağırıb.                                                                                “ Dünya İsrailin qətliamı ilə bağlı Beynəlxalq məhkəmədə baxılacaq prosesə dəstək olmalıdır. Kim bu işdə İsrailin tərəfində durarsa, onlar Qəzzada törədilən cinayətlərin iştirakçısıdır. Qəzzadakı cinayətlər cəzasız qalmayacaq və cavab verəcəklər”- deyə Nazir  vurğulayıb.

Hz.İsanın: “Dəvənin iynə dəliyindən keçməsi, bir zənginin cənnətə düşməsindən daha asandır”,-kəlamı harınlamış dövlətlərin bəd əməllərinə görə tövbə etməyənlərə, səltənətlərinin bir hissəsini yoxsullara paylamayanlara, dünyanı sülhə dar edənlərə bağışlanmanın da, olmayacağına işarədir!

Hələ,1957-ci ildə Böyük Britanyanın baş naziri, yazıçı, jurnalist, rəssam Britanya akademyasının fəxri üzvü (1940-1945 və 1951-1955) Vinston Çörçill , Böyük Britanyanın Məxfi Şurasının üzvü  Eytken Uliyamın Fransadakı( Kap-dayda) qəsrində  şam yeməyi zamanı ABŞ Prezidenti Eyzenhauerlə bağlı qəribə fikir səsləndirmişdi:” …Eyzenhauer tam ağlını itirib. Düşünürəm ki, yer kürəsi yaxın zamanlarda məhv olacaq…’’,-deyə Cörçill davam edir: “Mən, Allahın yerində olsaydım  yeri ikinci dəfə yaratmazdım,   çünki növbəti dəfə Allahın özü də təhlükə ilə üzləşə bilər…(Əstəğfirullah)

Ağlı dayaz liderlərin yalnız “Silahlanma  və  onun yeni növlərini kəşf etməklə sülhün təmin edilməsi mümkündür‘‘,-prinsipi ilə  az qala  hamıya bomba axtarışında olmasını tövsiyə edir.

Bu gün fitnəkar  diplomatiyası ilə  tanınan Avropa və Amerka Ermənistana maliyyə, müxtəlif çeşiddə hərbi və siyasi dəstək verməkdən çəkinmir.  Cənubi Qafqazda yeni müharibə ocağının alovlanmasında maraqlarını gizlətmirlər.Yeni müharibələrin  göz yaşlarına , dağıntılara və ağrılara səbəb olacağını öncədən çox yaxşı görürlər.Cənubi Qafqazda bir tərəfdən guya sülhün tərəfdarıdırlar, digər tərəfdən, bölgədə hərbi arsenallarını gücləndirirlər.

 42 il bundan öncə-7avqust 1982-ci ildə Ankaranın Esenburq beynəlxalq hava limanında Ermənistanın məxfi hərbi təşkilatı-ASALA  üzvləri Zöhrab Sarkisyan və Levon Ekmekçiyan  bombadan və  avtomat silahlardan istifadə etməklə sərnişinlərə, kafedəki insanlara, pasport rejimini yoxlayan əməkdaşlara atəş açaraq 20 nəfəri girov götürmüşdülər. Türkiyənin xüsusi təyinatlarının həyata keçirdiyi çevik tədbirlər nəticəsində terrorçulardan biri – Sarkisyan zərərsizləşdirilmiş, digəri Ekmekçiyan isə yaralanaraq həbs edilmişdi. Terrorçuları zərərsizləşdirmək məqsədilə davam edən  2 saatlıq atışma nəticəsində 9 nəfər həlak olmuş , 72 nəfər yaralanmışdı. Ölənlər arasında  bir ABŞ vətəndaşı – qadın , Qərbi Almaniyadan olan bir  mühəndis , üç nəfər Türkiyə polisinin əməkdaşları , türk sərnişinləri və Türkiyənin hava limanının əməkdaşları da,olub. ASALA məsuliyyəti boynuna götürərək, səbəbini ‘‘türk faşistləri’’nin erməni torpağının ilhaq etməsi ilə əlaqələndirmişdi. (?) Tanış ‘‘arqumentlərdir ’’, elə deyilmi ?

42 il bundan əvvəl ,yəni  müdhiş hadisə ilə bağlı istintaq zamanı Türkiyənin polis əməkdaşları erməni terrorçularına sual edirlər: ‘‘Törədilən xüsusilə ağır və Transmilli mütəşəkkil cinayətiniz  nəticəsində 9 adam öldü. Polisin sualı bitməmiş , erməni terrorçusu : Bu hələ azdır! ‘‘-demişdi.

 Əks cavab gecikmədi , 7 sentyabr 1982-ci ildə  məhkəmə haqlı olaraq ona müstəsna cəzanı-ölüm hökmünü tətbiq etmiş və cəzanın dəyişdirilməsilə  bağlı  verilən şikayətlər-vəsatətlər rədd edilmişdi.Terrorçu barədə  hökm qanuni qüvvəyə mindikdən sonra ,29 yanvar 1983-cü ildə ölüm aktı –“ asılmaqla”  icra olunmuşdu…

 Bu, erməni terrorçularınınn heç vaxt unudulmayan ,transmilli mütəşəkkil cinayətlərinin xüsusilə ağır və amansız növlərindən biriydi.                  

 

İndi də, erməni revanşistlərdən Azərbaycan dövlətinə və xalqına qarşı eyni münasibətlərin şahidi oluruq.  Avropa ssenarisi Amerikanın quruluşçu rejissorluğu ilə davam edir…

Ermənilər və onların havadarları  həyasızcasına bəyan edirlər ki, müharibə hələ bitməyib .Müsəlmanların qanına susayanların hələ də, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları var, Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi olaraq tanıyırlar.

Beynəlxalq müstəvidə həyasızlığın dərəcəsinə baxın!

Siyasi şərhçi və jurnalist Reyçel Abraam” Caliber.az” saytında  ‘‘Fransa Azərbaycanı öz mişeni seçib’’ məqaləsində yazır: Ermənistan Azərbaycan münaqişəsi məsələsinə qayıdanda dərhal “fransız ikiüzlüyü” ortaya çıxır. Fransa erməni sepatizminə və Qarabağda terrorçuluğa dəstək olur. Yeni Kaledoniyada  aksiyaların və gərginliklərin baş verməsinə əsas səbəb yerli əhaliyə-kanaklara qarşı ayrı seçkilik hallarının olması təsdiqlənsə də, Fransa  qeyd olunan qeyri-insani münasibətləri aradan qaldırmaq əvəzinə ,Yeni Kaledoniyada etiraz dalğasının genişlənməsində Azərbaycanı günahlandırır. (?)

Fransa özünün Xarici siyasətində korrektlər etməkdən  və BMT-nin subyekti olan ölkələrlə hamılıqla tanınan normaların icrasından  EKSTEZ edib kənara çəkilərək, müstəqil Azərbaycanı özü üçün “mişenə” çevirir. Qeyd etmək yerinə düşərdi ki, 2020-ci ildə Fransa parlamentinin hər iki palatası Azərbaycanın süverenliyinə xələl gətirən və Beynəlxalq hüququn bütün prinsiplərinə zidd olaraq Ermənistanın da,tanımadığı ‘‘ Artsax Respublikası ’’nın  müstəqilliyini bəyan edərək özünün neokolonialist mövqeyini təsdiqləmişdi.

Sonda: XX əsr dünya ədəbiyyatının unudulmaz simalarından sayılan Kolumbiya yazıçısı Qabriyel Qarsia Markesin jurnalistin sualına verdiyi cavabını xatırladıram:                                                                                           -Ən çox nə ilə fəxr edirsən?

-Qabriyel cavab verir: -Bu yaxınlarda eyni sualı anama da vermişdilər. Hamı gözləmişdi ki,anam dünya şöhrəti qazanmış oğlu Qabriyelin adını çəkəcək. O, isə gözlənilmədən : “Mən bu dünyada ən çox Rahibə  qızımla fəxr edirəm”,-deyə cavab vermişdi.                                                                                                                                                           Mən özüm də, əsərlərimlə deyil, iki oğlumla, iki arxamla öyünürəm. Bu ikiüzlü dünyada onları namuslu və xeyirxah adam kimi böyütmüşəm… Riyakar dünyada bunu edə bildiyimə görə fəxr edirəm.”

Bəşəriyyətin ”Müharibələr,dağıntılar,əzab və məhrumiyyətlər,doğma ocaqlarından didərgin düşməklə”fəxr etməsini  söyləmək çətindir. Müharibələr və dağıntılar , əzazilliklə yadda qalan günlər,aylar və illərdir… . Rəhm, mərhəmət  və humanistlik orada ərşə çəkilir….

Azərbaycan isə ərazi bütövlüyünün bərpasını öz gücü və qanı bahasına təmin etməklə fəxr edir.Canından keçməyə hazır olan igidlərimiz erməniləri və havadarlarını məğlub edib PARTER vəziyyətinə məruz qoydu,diz çökdürdü.

Zəfər qazanmağımızla fəxr edirik….Şəhidlərimizin ruhu və onları bətnlərində bəsləyib həyata bəxş edən ANALAR qarşısında baş əyir,Tanrıdan ordumuza fədakarlıq,əzmkarlıq və qəhrəmanlıq arzulayırıq!

Veteran soydaşlarımıza sürəkli alqışlar düşür…

Şəmsəddin Əliyev

Hüquqşünas,

29 avqust 2024-cü il

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button