Parisdən Bakıya qarşı ŞOK HƏMLƏ – Bir gündə iki TƏXRİBAT

Fransız kəşfiyyatı rus hərbçilərinin olduğu və bu ilin fevralında toqquşma baş vermiş Azərbaycanla sərhəd kəndə gəlib, bu dəfə maskalanmadan destruktiv addımlar atıblar; Fransanın İrəvandakı səfiri isə Xankəndinə qayıdış üçün bizi “borclu” çıxarmağa cəhd edir – reaksiyalar

Oktyabrın əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Qafan rayonuna aid Nerkin And kəndi yaxınlığına gətirilib.

“Yeni Müsavat” bildirir ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu dəfə sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

Azərbaycanı yeni müharibəyə təhrik etmək planı - » SenzoR.az

Bu kənd rus sərhədçilərin nəzarətində olub. Moskvada keçirilən son görüşdə Paşinyan və Putin razılaşıblar ki, İranla sərhədi hər iki ölkənin sərhədçiləri birgə qorusunlar. Daha əvvəl isə erməni spiker Alen Simonyan Rusiyanı ittiham etmişdi ki, Aİ missiyasını bu kəndə buraxmırlar. Deyəsən, indi razılaşmanın davamı gəlib və fransızlar Aİ adı ilə kəndə səfər ediblər. Onların bizimlə sərhəddə nə axtardıqları suallar doğurur, lakin Rusiyanın gözü qarşısında Qərbin destruktiv hərəkətləri Ermənistanın yaratdığı şəraitdən irəli gəlir. İranın da susqunluğu göz deşir. Ayrı vaxt Bakını sərhədə “sionist rejimi gətirməkdə” şərləyən Tehran İrəvanın Qərb kəşfiyyatını İranın qulağının dibinə gətirib çıxarmasını sükutla qarşılayır. Əlbəttə, Rusiya və İran Ermənistanın bu addımlarından razı ola bilməzlər, intəhası, Tehran rejimi Zəngəzur dəhlizi açılmasın deyə Fransa kəşfiyyatının bölgədə hoqqa çıxarmasına dözümlü yanaşmağa belə hazırdır.

Azərbaycan tələb edir ki, delimitasiya ilə bağlı əsasnamə təsdiq olunduğuna görə Aİ missiyası şələ – şüləsini yığışdırıb getsin. Həqiqətən onlara ehtiyac yoxdur və sülh danışıqlarında mətn razılaşdırılıb. Lakin erməni tərəfi bunun sülh müqaviləsi imzalandıqdan mümkün olacağını açıqladı. Göründüyü kimi, Paşinyan administrasiyası sülh prosesini pozmaq üçün həm kəşfiyyat missiyasını iki il saxlayır, həm qanunvericilikdə dəyişikliyə getmir, həm Minsk Qrupunun ləğvinə razılaşmır və sonra sülh sənədini elə indi imzalamağa hazır olduğunu bəyan edir. Üstəlik, bunun üzərinə Zəngilanla sərhədə fransız kəşfiyyatının da gətirilməsini əlavə etsək, Ermənistanın bölgədə destruktiv hərəkətləri ucbatından bir oyun oynandığı müşahidə edilməkdədir.

Eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenə “banlayıb”. Bu dəfə səfir Azərbaycanı “borclu” çıxarıb. O iddia edib ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasına icazə verməyə “borcludur”. Onun sözlərinə görə, COP29-un təşkilatçısı kimi Azərbaycan beynəlxalq diqqəti özünə cəlb edir ki, bu da öz üzərinə xüsusi beynəlxalq öhdəliklər yaradır. “İndiki mərhələdə onların əsas məsuliyyəti Ermənistanla sülh müqaviləsi bağlamaqdır”. Fransız səfir hələ də anlamır ki, Azərbaycanın belə bir öhdəliyi və borcu yoxdur. Çünki ermənilərin könüllü şəkildə Qarabağı tərk etmələrini Bakı təşkil etməyib. Əksinə, bunun qarşısını almaq, onların da digər vətəndaşlarımız kimi Azərbaycanda qalması üçün əlindən gələn hər şeyi edib.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu ehtimal edir ki, Fransa bayrağı ilə sərhədə gələnlər səfirliyin əməkdaşları olublar. Bununla yanaşı, X.Teyyublu onların fəaliyyət kodeksinə aid olmayan bir hərəkətə yol verdiklərini söyləyir. Hüquq müdafiəçisinə görə, bu görüntülərin yayılmasının özü də Fransa və Ermənistan birliyinə açıq ismarışdır ki, sizin bütün hərəkətləriniz Azərbaycandan izlənilir: “Ümumiyyətlə, Fransanın bütün addımları destruktivdir və qıcıqlandırıcı xarakter daşıyır. Fransa bayrağı olan maşınla Zəngilan yaxınlığına gəlməklə nə demək istədiklərini məntiq qəbul etmir. Görünür, ermənilər onları məlumatlandırır”.

X.Teyyublunun sözlərinə görə, fransızların Nerkin And kəndi yaxınlığına gəlmələrində diqqəti bir nüans cəlb edir: “Məhz bu istiqamətdə ermənilər atəş açmışdılar, sonra ağır cavab verdik, 4 erməni terrorçu məhv edildi. Məlum oldu ki, onlar sıravi hərbçilər olmayıblar. Hadisə bu il fevralın 12-də olmuşdu. O zaman spiker Simonyan maraqlı bəyanatla çıxış etmişdi və eyham vurmuşdu ki, məsuliyyəti biz daşımırıq, “atan kazaklardır”. İndi məhz həmin kəndə fransalı kəşfiyyatçı qrupun gəlməsi çox qəribədir”. Hüquq müdafiəçisinin fikrincə, Fransa kəşfiyyatı regionda möhkəmlənir və avropalı müşahidəçilərin gəlişi də yalnız Moskva – İrəvan anlaşmasından sonra mümkün olur. İndiyə qədər Aİ missiyası Nerkin-Anda gələ bilmirdi”.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir” - VHP

Samir Əsədli

Fransız səfirin açıqlamasına gəlincə, bu çağırışı şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatı rəhbəri Samir Əsədli isə deyir ki, Azərbaycandan bu tələblərin yerinə yetirilməsini istəməkdənsə, Qarabağdan gedən ermənilər arasında bir sorğu keçirmək lazımdır: “Əvvəlcə, onlar bildirsinlər ki, geri qayıtmaq istəyirlər, ya yox. Artıq bu məsələ çeynənmiş söhbətə çevrilir. Ermənilərdən başqa, hamı onların qayıdışı haqda bəyanatlar səsləndirir. Deməli, erməni əhalisi üçün yanmırlar, bölgəni qarışdırmağa alət axtarırlar. Rusiya, Fransa və ABŞ çox istəklidir ki, 5-10 min erməni gəlib Xankəndidə yaşasın, onlar da bunun üzərindən köhnə siyasətə qayıtsınlar. Səfirin açıqlamasının mahiyyətində bu siyasi məkr dayanır. Fransız diplomat çox yaxşı bilir ki, əsl həqiqət nədir və qayıdış hansı halda mümkündür”. S.Əsədli inanır ki, noyabrdan sonra çağırışlar səngiyəcək: “Ermənistan prezidenti bildirmişdi ki, sülh müqaviləsindən sonra qayıdış müzakirə oluna bilər. Ermənilər heç kəsə inanmırlar deyə qayıtmayacaqlar. Onlar istərdi ki, beynəlxalq sülhməramlı kontingent Qarabağa yerləşsin və onların egidası altında həyat qurulsun. Azərbaycan dövləti belə bir avantüraya gedəcək qədər sadəlövh deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button